Vuçiç istefa verə bilər
Dünya
Serbiya prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda istefa verə bilər.
News24.az xəbər verir ki, Vuçiç bu barədə Çinə səfəri zamanı açıqlama verib.
N1 telekanalının məlumatına görə, Vuçiç keçmiş prezident Boris Tadiç kimi öz səlahiyyətlərini məhdudlaşdırmağı planlaşdırmır.
Bundan əlavə, o bildirib ki, iyunun 26-dan 28-dək hakim “Serbiya Proqressiv Partiyası”nın toplantısı keçiriləcək.
Onun sözlərinə görə, bu tədbirlər başa çatdıqdan sonra Serbiya vətəndaşlarına daha vacib mesajlar veriləcək.
Qeyd edək ki, Vuçiçin ikinci prezidentlik müddəti 2027-ci ilin yazında başa çatır.