Vuçiç “ofisiant” oldu – VİDEO

Vuçiç “ofisiant” oldu – VİDEO Dünya

Qarşıdan gələn parlament seçkilərində hakim Serbiya Tərəqqi Partiyası (SNS) tərəfindən baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Aleksandar Vuçiç seçki kampaniyası çərçivəsində bir videoçarx yayımlayıb.

News24.az xəbər verir ki, video onun instaqram səhifəsində yerləşdirilib.

Videoda bir ailə restoran masası arxasında əyləşərək sifariş verir. Ailə üzvlərindən biri Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsini və Kosovonun qorunub saxlanılmasını istəyir, digəri əməkhaqları və pensiyaların artırılmasını tələb edir, üçüncüsü isə Serbiyanın Avropa İttifaqı və NATO-ya üzv olmasını arzulayır.

Daha sonra videoda Vuçiç görünür; o, bütün müddət ərzində müştərilərin “sifarişlər”ini qəbul edirmiş. Vuçiç onlardan birinə “Bizdə NATO yoxdur” deyə cavab verir.

Xatırladaq ki, Aleksandar Vuçiç Serbiya Prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Vuçiç daha əvvəl oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlamış və həmin seçkidə baş nazir vəzifəsinə namizəd olacağını bildirmişdi. (Qafqazinfo)