Vulkan püskürdü, 8 hava limanında uçuşlar dayandırıldı

Vulkan püskürdü, 8 hava limanında uçuşlar dayandırıldı Dünya

İndoneziyada Anak Krakatau vulkanının püskürməsi hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

News24.az xəbər verir ki, vulkanın külü 15 kilometrədək yüksəlib.

Kül buludunun yayılması səbəbindən Cakartadakı Soekarno-Hatta Beynəlxalq Hava Limanı da daxil olmaqla, 8 hava limanında uçuşlar ləğv edilib və ya gecikib.

İndoneziya Nəqliyyat Nazirliyinin məlumatına görə, ümumilikdə 1 558 reys təxirə salınıb və ya ləğv edilib. Hadisədən təxminən 170 min sərnişin zərər çəkib.

Mütəxəssislər vulkan külünün təyyarə mühərrikləri üçün təhlükə yaratdığını bildiriblər. Buna görə uçuşların bərpası kül buludunun yayılma istiqamətindən asılı olacaq.

Rəsmilər Anak Krakatau vulkanında aktivliyin davam etdiyini açıqlayıb.

Əhali və turistlərə vulkanın ətrafındakı 3 kilometrlik əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Hazırda püskürmə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.