"WhatsApp" yenilənir: “Maye Şüşə” dizaynı gəlir

"WhatsApp" yenilənir:  “Maye Şüşə” dizaynı gəlir Dünya

"WhatsApp" tətbiqinin "iPhone" versiyası yenilənir.

News24.az xəbər verir ki, Meta" şirkəti bu dəfə tətbiqdə “Maye Şüşə” adlı dizayndan tam istifadəyə başlayıb.

Bu yeniləmə ilə mesaj reaksiyaları, menyular və keçidlər daha şəffaf və daha müasir görünəcək. Dizayn "Apple" telefonlarına uyğun hazırlanıb.

Əvvəl bu dəyişikliklər yalnız bəzi bölmələrdə tətbiq olunurdu. İndi isə daha geniş şəkildə yer alacaq.

Meta şirkəti yeni görünüşlə "WhatsApp"ı daha rahat və daha müasir etməyi hədəfləyir.