“Wizz Air”-in təyyarəsində bomba təhlükəsi
Dünya
Praqadan Romaya uçan “Wizz Air” aviaşirkətinə məxsus təyyarə təcili eniş edib.
News24.az xəbər verir ki, bu barədə İtaliyanın Mülki Aviasiya Uçuşlarının Təminatı üzrə Milli Xidməti (ENAV) məlumat yayıb.
Məlumata görə, göyərtədə bomba təhlükəsi barədə məlumat daxil olduğu üçün təyyarə İtaliyanın Venesiya şəhərinə yönləndirilib.