WWF: İtaliyada meşə yanğınları 70 min hektar ərazini məhv edib
Dünya
Bu yay İtaliyada baş verən meşə yanğınları nəticəsində təxminən 70 min hektar ərazi yanıb.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Təbiət Fondunun hesabatında (WWF) bildirilib.
WWF-nin hesabatına görə, məhv olan ərazi təxminən 100 min futbol meydançasının sahəsinə bərabərdir. Yanğınların təxminən üçdə biri qorunan təbiət ərazilərində qeydə alınıb.
Hesabatda qeyd olunub ki, son 20 ildə İtaliyada meşə yanğınları nəticəsində məhv olan ərazilərin həcmi 133 faiz artıb.
WWF həmçinin Avropanın digər ölkələrində vəziyyətin daha ağır olduğunu bildirib. Məlumata görə, İspaniyada 219 min hektar, Fransada isə 91 min hektar ərazi meşə yanğınları nəticəsində məhv olub.