Xaçaturyan müharibədə ölənlərin sayını səhv dedi, administrasiya üzr istədi

Xaçaturyan müharibədə ölənlərin sayını səhv dedi, administrasiya üzr istədi Dünya

Ermənistan Prezident Administrasiyası Vaaqn Xaçaturyanın 44 günlük müharibədə həlak olanların sayı ilə bağlı açıqladığı rəqəmə görə üzr istəyib.

News24.az xəbər verir ki, Ermənistan prezidenti Xaçaturyan Praqada çıxışı zamanı müharibə nəticəsində 4 800 nəfərin öldüyünü bildirib.

“Səhvə yol verilib, üzr istəyirik. 44 günlük müharibədə həlak olanların sayı 3 755 nəfərdir”, – prezidentin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, rəsmi məlumatlara görə, II Qarabağ müharibəsində Ermənistanın 3833 hərbçi ölüb.