Xalq artisti ABŞ-dəki evinə görə 80 min dollar vergi ödəyəcək
Dünya
Rusiyanın Xalq artisti Filipp Kirkorov Mayami-Biçdəki malikanəsinə görə Amerika büdcəsinə 80 min dollar vergi ödəyəcək.
News24.az xəbər verir ki, ötən il malikanədə aparılan dəyişikliklər nəticəsində bəzi tikililərin sahəsi azalıb.
Belə ki, əsas evin birinci mərtəbəsinin sahəsi təxminən 12 kvadratmetr, SPA zonasının sahəsi isə 7,5 kvadratmetrdən 2,8 kvadratmetrədək kiçildilib. Ümumilikdə 775 kvadratmetrlik villanın yeddi yataq otağı, hovuzu və qolf meydançasına geniş mənzərəsi var.
Kirkorov bu villanı 4,2 milyon dollara alıb, 2024-cü ildə isə onu 8 milyona satışa çıxarsa da, alıcı tapa bilməyib.
Məlumata görə, Kirkorov 2024-cü ildə ABŞ büdcəsinə təxminən 74,5 min dollar, 2025-ci ildə isə təxminən 77 min dollar əmlak vergisi ödəyib. Sənətçinin bununlas yanaşı Latviya və Bolqarıstanda da daşınmaz əmlakı var.
/Baza/