Xalq artisti ürəyindən əməliyyat olundu, səhnədən getdi
Dünya
Rusiyanın xalq artisti Alla Puqaçova iki ürək əməliyyatı keçirib.
News24.az xəbər verir ki, Rusiya estradasının primadonnası səhhətindəki problemlərə görə bütün çıxışlardan imtina edib və sənət karyerasına son verib.
76 yaşlı sənətçi təxminən altı ay əvvəl Avropadakı klinikalardan birində müalicə alıb.
Cərrahi müdaxilədən sonra onun orqanizmi ağır fiziki yüklənmələrə tab gətirmir. O, nəfəs darlığı və sinəsindəki ağrılardan əziyyət çəkir.
Həkimlər bildirib ki, müğənninin hər çıxışı səhhətinin pisləşməsi riskini artırır.
Buna görə də, Alla Puqaçova əvvəlki kimi intensiv şəkildə səhnəyə çıxıb mahnı oxuya bilmir.
Müğənni Taylandda keçiriləcək və 2 milyon dollar qonorar vəd olunan konsertdən, həmçinin 500 min dollar dəyərində özəl tədbirdə çıxış etməkdən imtina edib.
Həkimlər ona sağlamlığını qorumağı və əmək fəaliyyətini başa vuraraq təqaüdə çıxmağı tövsiyə ediblər.
Qeyd edək ki, Alla Puqaçovanın ürək problemləri uzun illərdir davam edir.
2006, 2008 və 2010-cu illərdə onun üzərinə ürəyin tac damarlarının stentlənməsi əməliyyatları aparılıb.
Həmin əməliyyatlar zamanı qan dövranı bərpa edilib və ürək damarlarına stentlər yerləşdirilib. /Mash/