Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi Dünya

Rusiyanın xalq artisti, teatr və kino aktyoru, şair və bəstəkar Mixail Nojkin 90 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bildirilib ki, aktyor iyunun 22-də dünyasını dəyişib.

Qeyd edək ki, Nojkin “Rezidentin səhvi”, “Rezidentin taleyi”, “Əzablı yollarla”, “Pyotrun gəncliyi”, “Azadlıq” kimi filmlərdəki rolları ilə tanınıb.

O, həmçinin bir sıra məşhur mahnıların müəllifi olub. /Vedomosti/