Xalq artistinin bağı sökülə bilər - Qanunsuzluqlar aşkarlandı

Xalq artistinin bağı sökülə bilər - Qanunsuzluqlar aşkarlandı Dünya

Rusiyanın Xalq artisti Alla Puqaçovanın yeni problemləri yaranıb.

News24.az xəbər verir ki, müğənni 1990-cı illərin sonunda Rusiyanın İstra şəhəri yaxınlığında böyük torpaq sahəsi alıb.

O, burada sahəsi 760 kvadratmetr olan üçmərtəbəli bağ evi inşa etdirib.

Evdə altı yataq otağı, hamam və hovuzun olduğu SPA kompleksi, lift, bilyard otağı, kinoteatr və şərab zirzəmisi var.

Ərazidə həmçinin manqal zonası, uşaq meydançası, personal və mühafizə üçün ayrıca yay evi də var.

Bağ evi İstra su anbarının birinci sahil xəttində yerləşir və burada onun şəxsi körpüsü var.

Məlum olub ki, bu körpü ən azı beş pozuntu ilə inşa edilib. Rusiya Təbiətdən İstifadəyə Nəzarət Xidməti artıq müğənniyə məsələ ilə bağlı xəbərdarlıq edib.

Bir neçə gün əvvəl isə Federal Su Ehtiyatları Agentliyi torpaq sahəsini açıq hərraca çıxarıb.

Lakin hərrac baş tutmayıb.

Alışla bağlı yalnız iş adamı Qleb Rıskov müraciət edib. O, torpaq ərazisini dövlət tərəfindən müəyyən edilən 14 min rubla alıb.

Bundan əlavə, Rıskov pozuntuların yalnız körpü ərazisində deyil, evin yerləşdiyi sahədə də olduğunu müəyyənləşdirib. Onun sözlərinə görə, bəzi tikililər dövlətə məxsus sərhədləri müəyyənləşdirilməmiş torpaqlara çıxır.

Əgər pozuntular rəsmi şəkildə təsdiqlənərsə, məhkəmə qərarı ilə Puqaçevanın bağ evinin bir hissəsi sökülə bilər.