Xamenei 2577 məhkumun əfv edilməsinə icazə verdi

Xamenei 2577 məhkumun əfv edilməsinə icazə verdi Dünya

İranda Məhəmməd Peyğəmbərin və İmam Cəfər Sadiqin mövludu münasibətilə 2 577 məhbus əfv edilib.

News24.az xəbər verir ki, İran məhkəmə sisteminin rəhbəri Qulam-Hüseyn Möhsüni Əjeyi ölkənin ümumi və inqilab məhkəmələri, Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı və hökumətin cəzaçəkmə orqanları tərəfindən məhkum edilmiş şəxslərin əfv olunması, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi ilə bağlı İranın Ali rəhbəri Müctəba Xameneiyə müraciət edib.

Müraciət Xamenei tərəfindən təsdiqlədikdən sonra Əjeyi 2 577 məhkumun əfv olunması, cəzalarının yüngülləşdirilməsi və ya dəyişdirilməsi barədə sərəncam imzalayıb.