Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
Dünya
Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la “nə müharibə, nə də sülh” vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib.
News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Biz şərəfimizi qoruyaraq dialoqa girə və bu məsələni yenə də şərəfimizi qoruyaraq həll edə bilərik. Öz gələcəyimizi gözardı etməyə və ya məhv etməyə haqqımız yoxdur. Əgər hüquqlarımızı dialoq yolu ilə təmin edə biliriksə, müharibədən qaçmalıyıq. Lakin zülm qarşısında da baş əyməyəcəyik”, - Pezeşkian bildirib.