Xamenei bin Ladenin taktikasından istifadə edir - Üzə çıxmayacaq

Xamenei bin Ladenin taktikasından istifadə edir - Üzə çıxmayacaq Dünya

İranın ali lideri Müctəba Xameneinin təhlükəsizlik məqsədilə “Əl-Qaidə” lideri Üsamə bin Ladenin gizlənmə taktikasına bənzər üsullardan istifadə etdiyi iddia olunub.

News24.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı terrorla mübarizə üzrə analitik Ömər Məhəmmədə istinadən məlumat yayıb.

ABŞ-nin İran rəhbərliyinə qarşı uzun illər “Əl-Qaidə” və İŞİD kimi təşkilatlara tətbiq etdiyi təzyiq modellərinə oxşar yanaşmadan istifadə etdiyi bildirilib.

Analitikin sözlərinə görə, bu təzyiqlər nəticəsində Müctəba Xamenei də bin Laden kimi ictimai çıxışlardan uzaq durur və “operativ görünməzlik” rejiminə keçib.

Ömər Məhəmməd bildirib ki, bin Laden 2007-ci ildən sonra videomüraciətlərini dayandıraraq əsasən audio mesajlardan istifadə edib.

“Bin Laden ömrünün sonuna qədər kölgədə qaldı, çünki ortaya çıxdığı an onun üçün təhlükə demək idi. Müctəba Xamenei də ictimaiyyət qarşısına çıxmaya bilər”, – deyə analitik qeyd edib.