Xamenei İsrailə 15 il vaxt verdi: "Mövcud olmayacaq"
Dünya
“İsrail 15 il sonra mövcud olmayacaq”.
News24.az xəbər verir ki, bu sözləri İranın ali rəhbəri Müctəba Xamenei Həcc ziyarətinin başlaması ilə bağlı müraciətində deyib.
Müraciətdə İsrail “titrək sionist rejim və xərçəng şişi” kimi təsvir olunub və onun son mərhələyə yaxınlaşdığı vurğulanıb.
Açıqlamada əvvəlki illərdə səsləndirilmiş bəzi fikirlərə istinad edilərək İsrailin yaxın gələcəkdə aradan qalxacağı qeyd edilib.
Qeyd edək ki, Müctəba Xameneinin İslam Respublikasının ali lideri seçilməsindən sonra ictimai şəkildə səs və ya görüntüsünün yayılmaması diqqət çəkir. /Azad İran/