Xameneinin dəfn olunduğu yerə hücum edildi - Ölənlər və yaralananlar var
Dünya
İranın Məşhəd şəhərində azı üç silahlı şəxs İmam Rza ziyarətgahının yaxınlığındakı təhlükəsizlik məntəqəsinə hücum edib.
News24.az xəbər verir ki, “Kalaşnikov” avtomatları ilə silahlandığı ehtimal edilən hücumçular atəş açaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və “Bəsic” qüvvələrinin üzvlərini hədəf alıblar.
İlkin məlumatlarda hücum nəticəsində iki SEPAH və “Bəsic” üzvünün öldüyü, azı beş nəfərin yaralandığı qeyd olunur. Hücumdan sonra silahlı şəxslərin hadisə yerindən qaçdığı bildirilir.
Xorasan-Rəzəvi vilayətinin təhlükəsizlik üzrə qubernator müavini Əmirullah Şamqədri Məşhədin Sərəfrazan bulvarı ərazisində atışma baş verdiyini və iki nəfərin öldüyünü təsdiqləyib.
İRNA agentliyinə açıqlama verən Şamqədri hadisənin səbəblərinin və ölənlərin kimliyinin hələ müəyyən edilmədiyini bildirib