Xameneinin nəşi Nəcəfdə belə qarşılandı - Video

Xameneinin nəşi Nəcəfdə belə qarşılandı - Video Dünya

ABŞ-İsrail hücumu nəticəsində həlak olan İranın Ali Lideri Əli Xameneinin cənazəsi Qum şəhərində keçirilən vida mərasimindən sonra İraqın Nəcəf şəhərinə aparılıb.

News24.az xəbər verir ki, Tehrandakı vida mərasimindən sonra Xamenei üçün İranın əsas dini mərkəzlərindən biri olan Qum şəhərində də geniş anım mərasimi təşkil edilib. Mərasimdə milyonlarla insan iştirak edib, Cəmkəran məscidi ilə Həzrəti Fatimə məqbərəsi arasındakı ərazi izdihamla dolub.

Mərasim başa çatdıqdan sonra cənazə şiələr üçün müqəddəs sayılan Nəcəf şəhərinə yola salınıb. Nəcəf Beynəlxalq Hava Limanında onu İraqın Baş naziri Əli əl-Zeydi və digər yüksəkvəzifəli dövlət rəsmiləri qarşılayıblar.

Bu gün axşam saatlarında Nəcəfdə rəsmi vida mərasiminin keçirilməsi planlaşdırılır. Mərasimdə İraq hökumətinin və müxtəlif ölkələrdən gələn nümayəndə heyətlərinin iştirak edəcəyi gözlənilir.

Məlumata görə, növbəti mərhələdə Xameneinin cənazəsi Kərbəla şəhərinə aparılacaq, daha sonra isə yenidən İrana qaytarılacaq. Son vida mərasiminin iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, o, İmam Rza ziyarətgahının ərazisində dəfn olunacaq.

İran Prezidenti Məsud Pezeşkian da rəsmi nümayəndə heyəti ilə birlikdə Nəcəfdə keçiriləcək mərasimdə iştirak etmək üçün İraqa səfər edib. Lakin İran dövlət televiziyasının (İRİB) məlumatına əsasən, ABŞ-nin İrana endirdiyi son zərbələrdən sonra Pezeşkian səfərini yarımçıq dayandıraraq Tehrana qayıdıb.