Xameneyinin cənazəsi helikopterlə nümayiş etdirilə bilər

Xameneyinin cənazəsi helikopterlə nümayiş etdirilə bilər Dünya

İranın mərhum Ali rəhbəri Əli Xameneyinin Məşhəddə baş tutacaq dəfn mərasiminin son mərhələsi hava yolu ilə həyata keçiriləcək.

News24.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Xorasan-e Rəzəvi əyalətinin başçısı Qulamhüseyn Müzəffəri deyib.

Müzəffərinin sözlərinə görə, bu qərar Təhlükəsizlik Şurasının təklifi əsasında qəbul olunub və əsas məqsəd mərasim iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.

O qeyd edib ki, hava yolu ilə keçiriləcək mərasim izdihamın sıxlığını azaltmağa, təhlükəsizlik tədbirlərini gücləndirməyə və dəfn mərasiminin daha effektiv şəkildə idarə olunmasına imkan verəcək.

O, hava yolu ilə təşkil olunacaq mərasimin texniki detalları barədə əlavə məlumat verməyib.

Mərasimin bu hissəsində Xameneyinin cənazəsi helikopter vasitəsilə insanların üzərindən keçirilərək nümayiş etdirilə bilər.