Xameneyinin dəfn olunduğu ziyarətgah yandı
Dünya
Bu gün günorta saatlarında İranın mərhum Ali lideri Əli Xameneyinin Məşhəddə dəfn olunduğu İmam Rza ziyarətgah kompleksində yanğın baş verib.
News24.az xəbər verir ki, yanğın ziyarətgah ərazisində yerləşən bitum emalatxanasında başlayıb. Hadisə yerinə ziyarətgahın yanğınsöndürmə qüvvələri və Məşhəd Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb olunub və alov qısa müddətdə nəzarət altına alınıb.
Hadisə zamanı ərazidə sıx tüstü müşahidə olunsa da, yanğının digər hissələrə yayılmasının qarşısı alınıb. İlkin məlumata əsasən, xəsarət alan olmayıb./Tasnim News/