Xarici tələbələr üçün 70 min dollarlıq rüsum
Dünya
Xarici tələbələr üçün 70 min dollarlıq rüsum
ABŞ-də əcnəbi tələbələrin profili üzrə işləməsinə imkan verən proqram üçün 70 min dollarlıq müraciət haqqı tətbiq ediləcək.
News24.az xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti “F-1” vizası ilə ölkəyə gələn tələbələrin iştirak etdiyi “Könüllü Praktik Təlim” proqramı ilə bağlı yeni qaydalar təklif edib.
Təklifə əsasən, tələbələri proqrama yönləndirən təhsil müəssisələrindən ilkin qeydiyyat zamanı 70 min dollar, sonrakı hər müraciət üçün isə 30 min dollar rüsum alınması nəzərdə tutulur.
Departament bildirib ki, məqsəd proqramdakı saxtakarlıq və sui-istifadə hallarının qarşısını almaq, həmçinin xarici işçi qüvvəsinin axınını azaltmaqdır.
Qaydalar təsdiqlənməzdən əvvəl ictimaiyyətə təkliflə bağlı fikirlərini bildirmək üçün 60 gün vaxt verilib.