Xərçəngə yoluxanların sayı durmadan artır - Dəhşətli rəqəmlər
Dünya
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına görə, 2050-ci ilə qədər dünyada xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı 66,7 faiz artacaq.
News24.az xəbər verir ki, ən böyük artımın Afrika və Şərqi Aralıq dənizi regionlarında qeydə alınacağı gözlənilir.
Hesabatda bildirilib ki, xərçəngə qarşı mübarizədə varlı və kasıb ölkələr arasında ciddi bərabərsizlik mövcuddur. Yüksək gəlirli ölkələrdə süd vəzi və uşaqlıq xərçəngi olan xəstələrin beşillik sağqalma göstəricisi 85 faizdən çox, aşağı gəlirli ölkələrdə isə 45 faizdən aşağıdır.
ÜST vurğulayıb ki, bir çox ölkədə diaqnostika və müalicə imkanlarının zəif olması xəstəliyin gec aşkarlanmasına səbəb olur. Təşkilatın hesablamalarına görə, 2024-cü ildə dünyada 20,6 milyon nəgər xərçəngdən əziyyət çəkən və 9,7 milyon isə bu xəsrəlikdən ölüm sayı qeydə alınıb. Hazırda hər 5 nəfərdən xərçəngə tutulma riski daşıyır.
ÜST xərçəngin qarşısının alınması üçün sağlam həyat tərzinin təşviqi, erkən diaqnostikanın genişləndirilməsi və hər kəsin müalicə imkanını əldə edə bilməsinin əsas prioritet olduğunu vurğulayıb. Amerika Xərçəng Cəmiyyəti və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin hazırladığı hesabatda qeyd edilib ki, mövcud tendensiya davam edərsə, 2050-ci ilə qədər dünyada yeni xərçəng hallarının sayı ildə 34 milyona çatacaq.
Bu, 2024-cü illə müqayisədə 67 faiz artım deməkdir. Artımın əsas səbəbləri əhalinin sayının və orta yaş həddinin yüksəlməsidir.