Xəzər dənizində ölən Qazaxıstan hərbçilərinin sayı 12-yə çatdı
Dünya
Qazaxıstanın Xəzər dənizi sahili Manqistau bölgəsinin hakimliyi (administrasiyası) Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbçiləri arasında ölənlərin sayının 12-yə çatdığını bildirib.
News24.az xəbər verir ki, yenilənmiş məlumata görə, döyüş təlimi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və artan küləklər səbəbindən 17 nəfər dənizə aparılıb.
Onlardan 12-si ölüb, 3-ü xilas edilib. Qalan iki hərbçinin axtarışı davam edir. (Teleqraf)