Yamayka 173 ilin ən böyük fəlakəti ilə üz-üzə

Yamayka 173 ilin ən böyük fəlakəti ilə üz-üzə Dünya

Karib dənizi hövzəsində yerləşən Yamaykada “Melissa” qasırğası nəticəsində ən azı 32 nəfər həlak olub, yüzlərlə insan evsiz qalıb.

News24.az xəbər verir ki, hələ də bəzi kəndlərə yardım çatdırılmayıb, su və qida çatışmazlığı genişlənib. Xüsusilə ölkənin qərb bölgəsində evlər, dükanlar və ictimai binalar tamamilə dağılıb. Təxminən 25 yaşayış məntəqəsinə hələ də yardım göndərilə bilmir.

Bəzi ərazilərə yalnız helikopterlə ərzaq və içməli su çatdırılır. Səlahiyyətli şəxslər beynəlxalq ictimaiyyəti təcili humanitar yardıma çağırıb.