Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat - — 14-ü çarpayıda qalıb

Yanğında ölən erməni əsgərlərlə bağlı yeni məlumat - — 14-ü çarpayıda qalıb Dünya
Ermənistandakı hərbi hissədə baş vermiş yanğında ölən 15 əsgərdən 14-nün cəsədi çarpayıda tapılıb.

News24.az xəbər verir ki, bu barədə Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində bildirib.
 
Onun sözlərinə görə, xilasedicilər yanğını iki istiqamətdən - əsgərlərin yatdığı otaq  tərəfdən və yanğının başladığı giriş qapısı tərəfdən söndürüblər.
 
"Yanmış meyitlərdən 14-ü çarpayılarda tapılıb. Məncə, onlar sadəcə tüstüdən oyanmayıblar. Girişdə də bir cəsəd tapılıb. Çox güman ki, o da bayıra çıxmaq istəyib, bacarmayıb”, - Saroyan bildirib.