Yaponiyada 5,5 bal gücündə zəlzələ oldu
Dünya
Yaponiyanın mərkəzi hissəsində 5,5 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələdən dərhal sonra sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.
Qeyd edək ki, iyunun 12-də Yaponiya hökuməti Tokio bölgəsində baş verə biləcək güclü zəlzələyə hazırlıq üzrə əsas 10 illik planı yenidən nəzərdən keçirib.
Yenilənmiş plana əsasən, 2035-ci maliyyə ilinə qədər Tokio və Kanto bölgəsinin doqquz prefekturasında demək olar ki, bütün evlərdə seysmik avtomatik elektrik açarlarının quraşdırılması nəzərdə tutulur. Hazırda belə qurğular ev təsərrüfatlarının yalnız 20 faizində mövcuddur.