Bir şəhəri məhv edən yanğın: fəsadlar hələ də qalmaqdadır

Bir şəhəri məhv edən yanğın: fəsadlar hələ də qalmaqdadır Dünya

Yaponiyanın Ksyuşu adasında yerləşən iri Oita şəhərində baş verən yanğın zamanı Saqanoseki rayonu tamamilə külə dönüb. 170 bina yanıb, 130-a yaxın tikili isə zərər görüb. Bir nəfər həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə “BILD” məlumat yayıb.

Yanğın çərşənbə axşamı axşam saatlarında başlayıb və çərşənbə gününə kimi davam edib. Alovun sürətlə yayılmasına səbəb kvartaldakı evlərin ənənəvi taxta konstruksiyada və bir-birinə çox yaxın tikilməsi olub. Alov qısa müddətdə yaxınlıqdakı yarımadada yerləşən meşəyə də keçib.

Oita şəhər yanğından mühafizə xidmətinin rəis müavini Toşiyuki Şuto bildirib:

“Hadisə yerinə çatanda hər yer alov içində idi. Böyük qığılcımlar uçurdu, yanğınsöndürmə şlanqları və digər avadanlıqlar yanırdı, buna görə də yanğınsöndürənlər təxliyə edilməli oldu”.

Yanğın ümumilikdə 49 hektar ərazini məhv edib. Hazırda yerli hakimiyyət evsiz qalan sakinlərin yerləşdirilməsi üçün tədbirlər görür.