Yaponiyada güclü yağışlar: Sürüşmə təhlükəsi elan edildi

Yaponiyada güclü yağışlar: Sürüşmə təhlükəsi elan edildi Dünya

Yaponiyanın paytaxtı Tokionun cənubunda yerləşən Niijima adasında güclü yağışlar səbəbindən ən yüksək səviyyəli sürüşmə xəbərdarlığı elan edilib.

News24.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, son 24 saat ərzində adada rekord miqdarda yağıntı düşüb. Buna görə də əhaliyə mümkün sürüşmələrə qarşı ən yüksək səviyyədə ehtiyatlı olmaq tapşırılıb.

Qeyd edək ki, vulkanik Niijima adası Tokiodan təxminən 160 kilometr cənubda yerləşir. Güclü yağışların Tokio və ətraf prefekturalarda da həftə ərzində davam edə biləcəyi bildirilib.