Yaponiyada hərbi bazada güclü yanğın baş verdi

Yaponiyada hərbi bazada güclü yanğın baş verdi Dünya

Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən Asaka Müdafiə Qüvvələrinin bazasında güclü yanğın baş verib.

News24.az xəbər verir ki, yerli medianın məlumatına görə, hərbi obyektin ərazisindən qalın qara tüstü qalxıb. İlkin məlumata əsasən, yanğın bazanın daxilindəki zibil sahəsində başlayıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilməyib.