Yaponiyada tayfun 9 nəfərin həyatına son qoydu

Yaponiyada tayfun 9 nəfərin həyatına son qoydu Dünya

Yaponiyada baş verən “Dujuan” tayfunu nəticəsində ölənlərin sayı 9-a çatıb.

News24.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi tayfunun Tokio və ətraf prefekturalar da daxil olmaqla ölkənin şərqinə təsirini davam etdirdiyini bildirib.

Agentlik güclü yağışların həftə ərzində davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Kyodo Xəbər Agentliyinin məlumatına görə, ölənlərin 6-sı Çiba, 3-ü isə Kanagava prefekturasındandır. Daha 4 nəfərin axtarışı davam etdirilir.