Yaponiyadakı güclü zəlzələdə ölənlərin sayı açıqlandı
Dünya
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında baş verən güclü zəlzələ nəticəsində 13 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi açıqlama verib.
Baş nazirin sözlərinə görə, bu məlumat yerli vaxtla saat 08:30-a (Bakı vaxtı ilə 03:30) olan vəziyyəti əks etdirir.
O bildirib ki, ölkə hakimiyyəti insanların mümkün qədər tez xilas edilməsi üçün bütün zəruri tədbirləri görəcək.
Qeyd edək ki, bir gün əvvəl Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlardan sonra Ariake və Yatsuşiro körfəzlərinin sahilləri üçün hündürlüyü 1 metrə çata biləcək sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Təbii fəlakət bölgəsində binalar dağılıb, yollar və körpülər zədələnib.
Təxminən 50 min ev elektrik enerjisiz qalıb.
İlkin məlumata görə, 80-dən çox insan xəsarət alıb.
Yerli sakinlər zəlzələni indiyədək yaşadıqları ən güclü yeraltı təkanlar kimi qiymətləndiriblər.