Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı
Dünya
Yaponiyanın Kumamoto prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı artıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sanae Takaiçi məlumat verib.
Məlumata görə, zəlzələ qurbanlarının sayı 30 nəfərə çatıb.
Qeyd edək ki, 7,1 bal gücündə olan və rəsmi olaraq "2026-cı il Kumamoto zəlzələsi" adlandırılan təbii fəlakət Yaponiyanın seysmik intensivlik şkalası üzrə maksimum 7 bal gücündə qeydə alınıb.
Bu, 2024-cü ildən bəri ölkədə baş verən ən güclü zəlzələ hesab olunur.
İyulun 30-u səhərədək Yaponiya Meteorologiya Agentliyi Kumamoto prefekturasında və ətraf bölgələrdə ümumilikdə 259 afterşok qeydə alıb.