Yaponiyanın keçmiş baş naziri 90 yaşında vəfat etdi
Dünya
Yaponiyanın keçmiş baş naziri Yasuo Fukuda 90 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, keçmiş siyasətçinin ölümünə ürək çatışmazlığı səbəb olub.
Qeyd edək ki, Fukuda 2007-ci ilin sentyabrından 2008-ci ilin sentyabrınadək Yaponiya hökumətinə rəhbərlik edib.
O, siyasi karyerasına 1970-ci illərdə, baş nazir vəzifəsini tutmuş atası Takeo Fukudanın katibi kimi başlayıb.