Yarasalarda yeni koronavirus növü aşkarlandı
Dünya
Tailandda yarasalarda yeni koronavirus növü aşkarlanıb.
News24.az-ın məlumatına görə, indiyə qədər bu virusun insanlara keçməsi ilə bağlı heç bir hal qeydə alınmayıb.
Rəsmilər bildiriblər ki, hazırda epidemiya riski aşağı səviyyədədir.
İlkin araşdırmalara əsasən, yeni virusun yayılma və xəstəlik yaratma ehtimalı COVID19-dan zəifdir.