Yaxın günlərdə bütün həqiqətlər açıqlanacaq - Haluk Leventdən ilk açıqlama

Yaxın günlərdə bütün həqiqətlər açıqlanacaq - Haluk Leventdən ilk açıqlama Dünya

Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan türkiyəli müğənni Haluk Levent hadisədən sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.

News24.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, saxlanılmazdan əvvəl 15 gün ərzində hər gün Türkiyənin daxili işlər nazirinin müavini Bülent Turana mesaj göndərərək şəxsi maliyyə məsələlərinin Ahbap Dərnəyi ilə əlaqələndirilməməsini xahiş edib. O, zəlzələ dövründən bu günədək dərnəyin bütün fəaliyyətinin yoxlanılmasını və nəticələrin ictimaiyyətə açıqlanmasını istədiyini vurğulayıb.

Haluk Levent açıqlamasında şəxsi borc və alacaq münasibətlərinin Ahbap Dərnəyinin fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığını bildirərək, yaxın günlərdə məsələnin bütün təfərrüatlarını ictimaiyyətə açıqlayacağını deyib.

Onun sözlərinə görə, hazırda həqiqətin üzə çıxması zaman tələb etsə də, nəticədə hər şey aydın olacaq və ictimaiyyət bu prosesin necə başladığını öyrənəcək. Levent əlavə edib ki, zaman bütün suallara cavab verəcək. (Unikal)