Yaxın Şərq alovlanır: İsrail və İran yeni müharibənin astanasında – KİV
Dünya
İsrail və İran arasında yeni müharibə təhlükəsi artır.
News24.az “The New York Times”a istinadla xəbər verir ki, iki ölkə arasındakı münasibətlər kritik həddə çatıb.
İrana qarşı sərt sanksiyalar bərpa edilib, nüvə proqramı üzrə danışıqlar isə tamamilə pozulub. İsrailin xüsusi xidmət orqanlarının məlumatına görə, Tehran uranı gizli şəkildə zənginləşdirməyə davam edir.
Nəşrin məlumatına görə, regionda vəziyyət çıxılmaz və son dərəcə təhlükəli hal alıb. Analitiklər hesab edirlər ki, vəziyyət istənilən anda nəzarətdən çıxa bilər.
İsrail İranın nüvə proqramını öz varlığı üçün birbaşa təhlükə kimi qiymətləndirir. Bu səbəbdən getdikcə daha çox ekspert yeni müharibənin labüd olduğunu düşünür.
Məlumatlara görə, İran mümkün hücuma cavab verməyə hazırlaşır: raket zavodları gecə-gündüz fəaliyyət göstərir, rəsmi şəxslər isə İsrail hücum edəcəyi təqdirdə eyni anda 2 min raket buraxacaqlarını bəyan ediblər.
Bu arada, Fars körfəzində hava hücumundan müdafiə sistemləri gücləndirilir və İran obyektlərinə mümkün zərbələr müzakirə olunur.