Yaxın Şərqdə yeni müharibə başlayır

Yaxın Şərqdə yeni müharibə başlayır Dünya

İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanına qarşı yeni hücumlar həyata keçirib. Eyni zamanda, qruplaşmanın Yəmənin qərb sahillərində, Qırmızı dəniz boyunca mövqelərini gücləndirdiyi bildirilir.

News24.az xəbər verir ki, husilər bazar ertəsi Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt şəhərində yerləşən hərbi hava bazasına onlarla raket və pilotsuz uçuş aparatı ilə hücum etdiklərini açıqlayıblar.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın məlumatına görə, hücumlar nəticəsində 13 mülki şəxs yaralanıb. Səudiyyə hakimiyyəti Xamis Muşayt və ölkənin cənubundakı daha üç şəhərdə fövqəladə vəziyyət elan edib.

Yəmənli rəsmi bildirib ki, husilər güclü təzyiq altındadır və buna cavab olaraq Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarını intensivləşdirirlər.