“Yaxın Şərqdəki vəziyyəti hərbi yolla həll etmək olmaz”

“Yaxın Şərqdəki vəziyyəti hərbi yolla həll etmək olmaz” Dünya

“İran və Rusiya Yaxın Şərqdəki mövcud böhranı hərbi vasitələrlə tənzimləməyin qeyri-mümkün olduğu qənaətindədirlər”.

News24.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Tehranda rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi danışıqların yekunlarına dair bəyanatında bildirib.

İranlı diplomat problemin siyasi yolla həllinin vacibliyini vurğulayıb:

“Rusiya və bir çox başqa ölkələrlə ortaq mövqeyimiz ondan ibarətdir ki, regiondakı vəziyyəti hərbi metodlarla nizama salmaq mümkün deyil”.

O, münaqişənin həlli üçün diplomatik və siyasi yollara üstünlük verilməsinin mütləq olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, oktyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın Yaxın Şərqdəki vəziyyətin tənzimlənməsində Tehrana kömək etmək üçün hər şeyə hazır olduğunu bəyan etmişdi.