“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi
Dünya
Türkiyə kinosunun “Qızıl Oğlan” ləqəbli məşhur aktyoru Göksel Arsoy 90 yaşında vəfat edib.
News24.az xəbər verir ki, Yeşilçamın unudulmaz simalarından olan sənətçinin vəfatı yaxınlarını və mədəniyyət cameəsini sarsıdıb.
Aktyorun oğlu Aşkım Arsoy atasının son bir neçə günədək özünü yaxşı hiss etdiyini və qəfildən halının pisləşdiyini bildirib.