Yəməndə 81 hərbçi və döyüşçü öldü

Yəməndə 81 hərbçi və döyüşçü öldü Dünya

Yəməndə husilər ilə hökumət qüvvələri arasında cümə axşamından bəri baş verən toqquşmalar nəticəsində 81 hərbçi və döyüşçü həyatını itirib.

News24.az xəbər verir ki, bu barədə iki hərbi mənbə, eləcə də husilərin nəzarətində olan ərazilərdəki tibbi mənbələr məlumat verib.

Qırmızı dəniz sahilindəki komandanlığın nümayəndəsi 24 döyüşçünün öldüyünü bildirib.

Digər mənbənin məlumatına görə, Təz əyalətində daha 15 hərbçi həyatını itirib.

Husilərin nəzarətində olan ərazilərdəki tibbi mənbələrin məlumatına görə, azı 42 husi döyüşçüsü öldürülüb.