Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirdi

Yəmənin ordusu Moxa rayonunda husilərə zərbələr endirdi Dünya

Yəmənin hökumət qüvvələri bu gün Qırmızı dənizdəki Moxa liman şəhərində husilərə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb.

Məlumata görə, Silahlı Qüvvələr texnika və silahları məhv edib, həmçinin husi qruplaşmasının üzvlərini zərərsizləşdirib.

Hökumət qüvvələrinin nümayəndəsi Məcid Abdulla əl-Nazili bildirib ki, şəhərdən 11 km məsafədə yerləşən Moxa - Zubab yolunda da husilərin texnikasına və canlı qüvvəsinə zərbələr endirilib.