Yeni doğulan hər uşağa 55 min dollar ödəniləcək - Bu ölkədə

Yeni doğulan hər uşağa 55 min dollar ödəniləcək - Bu ölkədə Dünya

Sinqapurda doğum səviyyəsinin hədsiz minimuma enməsi fonunda hökumət ailələri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün genişmiqyaslı maliyyə dəstəyi proqramı hazırlayıb.

News24.az xəbər verir ki, yeni sistemə əsasən, Sinqapur vətəndaşı olan hər bir uşaq üçün doğulduğu gündən 17 yaşına qədər ümumilikdə təxminən 70 min Sinqapur dolları, yəni 55 min ABŞ dollarından çox maliyyə dəstəyi göstəriləcək.

Bu addımın əsas məqsədi valideynlərin üzərinə düşən maliyyə yükünü azaltmaq və ölkədə aşağı doğum səviyyəsini yüksəltməkdir.