Yeni dövlətlər yaranacaq - Millət vəkili

Yeni dövlətlər yaranacaq - Millət vəkili Dünya

“2025-ci ildə yəqin ki, bəzi dövlətlər parçalanacaq, yeni dövlətlər yaranacaq”.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səyyad Salahlı deyib.

O bildirib ki, 2025-ci il tufanqabağı sakitliyi andırır:

"Biz indi daha böyük milli birliyə nail olmalıyıq. Prezidentimiz siyasəti ilə fırtınalardan, aysberqlərdən gəmimizi sakitliyə çıxarır. Biz, ölkəyə qarşı yönələn əlləri dəf etməliyik”.