Yeni "iPhone" modellərinin təqdimatına sayılı günlər qaldı

Yeni "iPhone" modellərinin təqdimatına sayılı günlər qaldı Dünya

“Apple” şirkəti sentyabrın 9-da xüsusi təqdimat keçirəcək.

News24.az xəbər verir ki, tədbirdə yeni “iPhone” modellərinin, eləcə də şirkətin digər məhsullarının təqdim olunacağı gözlənilir.

Bildirilib ki, “Apple” tədbirlə bağlı xüsusi dəvətnamələri yaxın günlərdə göndərə bilər.

Ənənəyə uyğun olaraq, təqdimatda “iPhone”-un yeni nəsli ilə yanaşı, “Apple Watch” modelləri və digər yeniliklərin də nümayiş etdirilməsi gözlənilir.