Yeni qaydalar: "ChatGPT"də bunlar qadağan edildi
Dünya
"ChatGPT" artıq hüquqi və tibbi məsləhət verməyəcək.
News24.az xəbər verir ki, məlumat “OpenAI” şirkətinin rəsmi saytında dərc edilib.
Qeyd olunur ki, süni intellektə sözügedən sahələrlə bağlı məsləhət vermək qadağan edilib.
Bundan əlavə, istifadəçilər sistemi razılıq olmadan üztanıma, maliyyə, təhsil, mənzil, miqrasiya və işlə təminatla bağlı vacib qərarlar, eləcə də akademik saxtakarlıq və fırıldaqçılıq üçün də istifadə edə bilməyəcəklər.