Yeni tarixi yer kəşf edildi - Bu ölkədə
Dünya
İsveçrədə tikinti işləri zamanı təxminən 1800 il yaşı olan Roma dövrünə aid metal emalatxanasının qalıqları aşkar edilib.
News24.az xəbər verir ki, tapıntı Liqornetto şəhərində yeni yaşayış binasının təməli qazılarkən üzə çıxıb.
Arxeoloqlar ərazidə ən azı altı otaqdan ibarət daş binanın qalıqlarını tapıblar. Burada dəmir istehsalından qalan çoxlu miqdarda şlak və tunc emalı izləri aşkarlanıb. Tapıntılar binanın eramızın II-III əsrlərində emalatxana kimi istifadə edildiyini göstərir.
Qazıntılar zamanı tovuz quşu təsvirli bürünc sancaq da tapılıb. Mütəxəssislərin məlumatına görə, bina III əsrdə baş verən yanğın nəticəsində dağılıb.
Araşdırmaların 2026-cı ilin payızında başa çatdırılması planlaşdırılır.