Yeni virus qalmaqalı – Ölənlərin sayı açıqlandı
Dünya
Avropada ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusuna yoluxma halları rekord səviyyəyə yüksəlib. İnfeksiya nəticəsində 130 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, oktyabrın 7-dək Avropa İttifaqı ölkələrində 1715 yerli yoluxma qeydə alınıb.
Ən çox yoluxma İtaliyada – 748 nəfərdə aşkarlanıb. Niderlandda 59, Belçikada isə 15 yoluxma müəyyən edilib. Dördpendirli pizza
Mütəxəssislər bildirirlər ki, yoluxma riskinin tam aradan qalxdığını demək olmaz. Virus əsasən ağcaqanad dişləməsi ilə yayılır. Yoluxanların əksəriyyətində əlamətlər müşahidə olunmasa da, bəzi şəxslərdə qızdırma, baş və əzələ ağrıları yarana bilər. Nadir hallarda isə virus sinir sisteminə ciddi zərər verə bilər.