Yeni Zelandiya yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verdi

Yeni Zelandiya yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verdi Dünya
Yeni Zelandiya yaxınlığındakı Kermadek adalarında 6,0 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzindən bildirilib.

Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 110 min nəfər əhalisi olan Tauranqa şəhərindən 548 km şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 60 kilometr dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib. /Trend/