Ağır qəza keçirdi - Orqanları icazəsiz götürüldü - Bu ölkədə
Dünya
ABŞ-də ağır yol qəzasına düşən yeniyetmənin bəzi orqan və toxumaları anasının razılığı olmadan donorluq məqsədilə götürülüb.
News24.az xəbər verir ki, "The Mirror"un məlumatına görə, Damon adlı yeniyetmə qəza nəticəsində ağır xəsarət alıb. Anası Andrea Mauk xəstəxanaya çatanda oğlunun gözlərinin, ürək toxumasının, dərisinin və bağlarının artıq götürüldüyünü öyrənib.
Ana bildirib ki, sənədlərdə Damonla bağlı əsas əlaqə saxlanılacaq şəxs kimi onun adı göstərilib. Lakin xəstəxana əməkdaşları yeniyetmənin bioloji atası ilə əlaqə saxlayaraq donorluğa razılıq alıblar.
Xəstəxana nümayəndələri isə anaya zəng etməyə çalışdıqlarını bildiriblər. Andrea Mauk bu iddianı təsdiqləyən sübut görmədiyini deyib.
Hadisədən sonra ana orqan donorluğu ilə bağlı qanunlarda dəyişiklik edilməsini tələb edib.