Yermakın Ukraynadan çıxışına qadağan qoyuldu

Yermakın Ukraynadan çıxışına qadağan qoyuldu Dünya

Ukrayna sərhədçiləri Prezident Aparatının işdən çıxarılan rəhbəri Andrey Yermakın ölkədən çıxışını qadağan edən məktub alıblar.

News24.az xəbər verir ki, Ali Radanın deputatı Aleksey Qonçarenko bu barədə özünün "Telegram" kanalında məlumat verib.

O, digər detalları açıqlamayıb.

Xatırladaq ki, noyabrın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Yermakın istefasını qəbul edib. Məmur korrupsiyaya qarşı mübarizə çərçivəsində mənzilində aparılan axtarışdan sonra vəzifəsindən azad edilib.