Yerə düşən pizzanı müştəriyə apardı - Görüntülər gündəm oldu - VİDEO
Dünya
Rusiyada pizza çatdırılması zamanı çəkilən görüntüləri müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, kadrlarda kuryerin pizzanı yerə atdığı, daha sonra isə dilimləri yenidən qutuya yerləşdirərək üst-üstə yığdığı görünür.
Mütəxəssislər sifarişi qəbul edən zaman qablaşdırmanın və məhsulun vəziyyətinin yoxlanılmasını tövsiyə edirlər. Əgər pizza və ya digər qida məhsulu zədələnmiş vəziyyətdə təqdim olunubsa, müştəri sifarişdən imtina edərək xidməti dəstək xətti ilə ilə əlaqə saxlaya bilər.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə viral olub.